Jurnalist Mayis Əlizadə vəfat etdi

Jurnalist Mayis Əlizadə vəfat etdi
MEDİA
19:06 06.03.2025
154
Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib.

Bu barədə mərhumun oğlu Toğrul Əlizadə məlumat verib.

O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

Toğrul Əlizadə atasının sabah İstanbulun Yeni Ayazağa məzarlığında dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, Mayis Əlizadə Türkiyə və Azərbaycanda bir sıra mətbuat orqanları, o cümlədən APA ilə əməkdaşlıq edib.

APA
OXŞAR XƏBƏRLƏR