“İslahatçı Gənclər” İctimai Birliyinin Media Klubu oktyabr ayından etibarən gənc jurnalistlər və jurnalist olmaq arzusunda olanlar üçün Jurnalistika kursuna start verir.
İndiyədək reallaşdırılan jurnalistika kurslarından bir sıra özəl cəhətləri ilə fərqlənəcək layihə ödənişli olacaq və 3 ay davam edəcək.
Kursda gənclərə jurnalistkanın müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki biliklər öyrədiləcək. Ayrı-ayrı mövzularla bağlı keçiriləcək dərslərlə yanaşı, kursda jurnalist olmaq arzusunda olan gənclər Azərbaycanın müxtəlif sahələrdə fərqlənən tanınmış jurnalistləri, siyasət, elm, mədəniyyət adamları ilə görüşəcəklər.
Kurs çərçivəsində gənclər ölkəmizin nüfuzlu media orqanları ilə tanış olacaq, təcrübə keçmək imkanı qazanacaqlar. Fərqlənən kurs iştirakçılarının materialları ölkəmizin tanınmış media orqanlarında yayınlacaq.
“İslahatçı Gənclər” İctimai Birliyinin Media Klubu eyni zamanda kursun iştirakçısı olacaq gənclərə indiyədək rastlaşılmayan böyük fürsət qazandırır. Belə ki, kursun sonunda fərqlənən bir neçə gəncə Media Klubun hesabına Türkiyənin İstanbul şəhərində bu ölkənin ən nüfuzlu media orqanları ilə tanışlıq imkanı yaradılacaq.
Kursları reallaşdıracaq Media Klubun rəhbəri tanınmış gənc jurnalist, jurnalistika ilə bağlı bir sıra yerli və beynəlxalq layihənin iştirakçısı Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərlidir.
Kurslara yazılmaq üçün son tarix 25 sentyabrdır. Dərslərə oktyabr ayının əvvəlindən start veriləcək. Əlavə məlumat üçün (012) 594 25 57; [email protected]/* */