Jurnalist-QHT Koalisiyası Şəkidə seçicilərlə görüşdü

Jurnalist-QHT Koalisiyası Şəkidə seçicilərlə görüşdü
MEDIA
11:20 14.09.2013
1208

“Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan “2013-cü il prezident seçkilərinin monitoriniqi” layihəsi çərçivəsindəki növbəti görüşünü sentyabrın 12-də Şəkinin Kiş kəndində keçirib. 200-dən artıq seçicinin qatıldığı tədbirdə seçkidə müşahidənin aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri, müşahidəçilərin qeydiyyatı prosedurları və s. mövzularda məlumatlar verilib insanlarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Toplantını giriş sözü ilə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin rəhbəri Qalib Nəbiyev açaraq seçkinin cəmiyyət həyatında son dərəcə mühüm hadisə olduğunu vurğulayıb. Müxtəlif ictimai institutların seçki prosesində fəal iştirak etdiyini deyən Q.Nəbiyev əsas hədəfin vətəndaşların konstitusiyon hüquqlarını reallaşdırmalarına müvafiq dəstək göstərmək olduğunu vurğuladı. O bu günki tədbirin keçirilməsi ilə jurnalistlərin də cəmiyyətin fəal təbəqəsi kimi vətəndaş cəmiyyəti quruculuğuna töhfələrini verdiyini bildirdi.

“Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə Şəkidə üç seçki dairəsinin fəaliyyət göstərdiyini vurğulayaraq rayonun seçici potensialı baxımından zənginliyinə diqqət çəkib. O qeyd edib ki, Jurnalist QHT Koalisiyası məhz bu səbəbdən bölgəni özünün fəaliyyət dairəsinə daxil edib. S. Verdizadə Kişin tarixi ənənələrə malik yaşayış məntəqəsi olduğunu və Şəkinin həyatında mühüm rol oynadığını bildirib.

S.Verdizadə 9 oktyabr prezident seçkisinin vətəndaşların iradəsindən asılı olacaq proses kimi dəyərləndirib: «Seçkidə yalnız dövlət başçısı seçilmir, eyni zamanda ölkənin taleyi, qarşıdakı illərdə bütün sahələr üzrə tutacağı mövqe müəyyənləşir. Bu mövqe isə ideyalarda, fikirlərdə yaranır. Vətəndaşlar namizədlərin ideya və fikirlərini təhlil edir, qərar verərək seçimlərini edirlər. Jurnalist-QHT Koalisiyasının əsas məqsədi də azad sözün və demokratik fikrin ifadəçisi kimi jurnalistikanın vətəndaşların seçkiyə köklənməsinə, onların fəal şəkildə prosesdə iştirakına dəstək olmaqdır».

S.Verdizadə çıxışında seçki prosesinin ümumi, bərabər, ədalətli, gizli, azad, şəffaf və demokratik qaydada təşkili üçün tələb olunan şərtlər və standartlar barədə də ətraflı məlumat verib. Həmçinin, səsvermənin qaydaları, seçici siyahıları, prezident seçkilərinin nəticələrinin elan olunması ilə bağlı qanunvericiliyin müddəalarına dair fikirlərini bölüşüb.

«RUH» Azərbaycan Jurnalistləri Müdaifə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov vətəndaşların seçki fəallığının həm də beynəlxalq aləmə mesaj xarakteri daşıdığını vurğulayıb. «Bu mənada seçki həm də bizlərə münasibəti formalaşdıran mədəniyyət etalonudur. Bizlər prosesdə iştirakla özümüzü təsdiqləmiş oluruq. Həmçinin fəal vətəndaş mövqeyimizi bildirməklə beynəlxalq müstəvidə ölkəmizə və bir azərbaycanlı kimi varlığımıza yönələn mənfi meyllərin qarşısını alırıq», - deyən Ə.Rüstəmov fəal ictimai institut kimi medianın cəmiyyət həyatında oynadığı rola dair konkret faktlardan bəhs edərək fikirlərini səsləndirib.

Ayrı-ayrı çıxışlarda seçki hüququnun insanların fendamental hüquqlarından olduğu vurğulanıb, vətəndaş cəmiyyəti instutularının, eləcə də medianın geniş ictimaiyyətlə əlaqələrinin müxtəlif aspektləri təhlil olunub. Xüsusən də jurnalistikanın cəmiyyət həyatında oynadığı rolun ayrı-ayrı təzahür formaları üzərində dayanılıb.

Qeyd edək ki, sıralarında “Əqli Mülkiyyətçilərə Kömək”, “Zərdabi Mətbuat Mərkəzi”, “Yeni Media Jurnalistləri”, “Media və Monitorinq Araşdırması”, “Cəmiyyətin inkişafında vətəndaş məsuliyyəti” ictimai birliklərini birləşdirən “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist QHT Koalisiyası “2013-cü il prezident seçkilərinin monitoriniq” layihəsi çərçivəsində namizədlərin irəli sürülməsi, namizədlərin imzatoplama kampaniyası, onların qeydiyyatı prosesi, seçkiqabağı təbliğat və təşviqat kampaniyasında gündəlik nəşrlər və internet mediada seçkilərin işıqlandırılmasının monitorinqini aparacaq. Koalisiya eyni zamanda 9 oktyabrda 150 seçki məntəqəsində müşahidə prosesini həyata keçirməyi nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ