‘Jurnalist-QHT Koalisiyası’ Şəmkir və Tovuzda seçicilərə görüşdü - FOTOLAR

‘Jurnalist-QHT Koalisiyası’ Şəmkir və Tovuzda seçicilərə görüşdü - FOTOLAR
MEDIA
00:15 03.09.2013
1529

Jurnalistlər seçiciləri fəal olmağa, azad, ədalətli və demokratik seçkilərin keçirilməsinə öz töhfələrini verməyə çağırıblar

“Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “2013-cü il prezident seçkilərinin monitoriniqi” layihəsi çərçivəsində 28 və 29 avqustda Şəmkir və Tovuz rayonlarında seçicilərlə görüş keçirib. Görüşlərin keçirilməsində məqsəd seçkilərdə müşahidənin aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri, müşahidəçilərin qeydiyyatı prosedurları və digər mövzularla bağlı seçicilərin məlumatlandırılması olub.

Görüşlərdə layihənin rəhbəri Seymur Verdizadə, “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri, layihənin koordinatoru Xaqani Səfəroğlu, layihə rəhbərinin köməkçisi Zaur İbrahimli, “Şəmkir Regional QHT-lərin Resurs və Təlim” İB-nin sədri Fuad Bədəlov iştirak edib. Tədbirdə 300-dən çox seçici iştirak edib.

Seymur Verdizadə seçkiləridə vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmaları üçün hər hansı problemin olmadığını bildirərək onların siyasi iradələrini azad şəkildə ifadə etmələri üçün yüksək şərait yaradıldığını vurğulayıb. O, toplantıda “Seçici fəallığı-azad, demokratik, ədalətli seçkilərin vacib amili kimi” mövzusunda məruzə ilə çıxış edib. Layihə rəhbəri bildirib ki, “9 oktyabrda Azərbaycan Respublikası Prezidenti seçkilərinin mütəşəkkil keçirilməsi hər bir vətəndaşın siyasi iradəsinin fəal şəkildə ifadəsindən, çox asılıdır. Seçicilərin hər biri fərqində olmalıdır ki, onların səsləri həlledici əhəmiyyətə malikdir. Seçici fəallığının yüksək olması azad, demokratik, ədalətli seçkilərin keçirilməsinin ən vacib amili kimi çıxış edir. Bu həm də o deməkdir ki, vətəndaşlar öz seçimlərinin məsuliyyətini və vacibliyini başa düşürlər. Siz yalnız dövlət başçısı seçmirsiniz, eyni zamanda konkret proqrama səs verirsiniz, gələcəyinizi necə görmək istədiyiniiz ifadə edirsiniz. Bu baxımdan hər bir vətəndaşın səsi, seçimi, 9 oktyabr seçkilərində öz mövqeyini ifadə etməsi böyük əhəmiyyət kəsb edir”.

Layihə koordinatoru X.Səfəroğlu isə “Seçki hüququ və vətəndaşların seçki prosesində iştirakı” mövzusunda məruzə edib. O, azad və ədalətli seçkilərdə iştirak hüququnun vətəndaşların fundamental hüquqlarından biri olduğunu bildirərək, seçki prosesinin ümumi, bərabər, ədalətli, gizli, azad, şəffaf və demokratik qaydada keçirilməsi üçün tələb olunan şərtlər və standartlar barədə ətraflı məlumat verib. Həmçinin, səsvermənin qaydaları, seçici siyahıları, prezident seçkilərinin nəticələrinin elan olunması ilə də bağlı qanunvericiliyin müddəalarına dair fikirlərini toplantı iştirakçıları ilə bölüşüb.

Qeyd edək ki, “Zərdabi Mətbuat Mərkəzi” İB, “Yeni Media Jurnalistləri” İB, “Media və Monitorinq Araşdırması” İB, “Əqli Mülkiyyətçilərə Kömək” İB, “Cəmiyyətin inkişafında vətəndaş məsuliyyəti” İB-ni birləşdirən “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist QHT Koalisiyası “2013-cü il prezident seçkilərinin monitoriniq” layihəsi çərçivəsində namizədlərin irəli sürülməsi, namizədlərin imzatoplama kampaniyası, onların qeydiyyatı prosesi, seçkiqabağı təbliğat və təşviqat kampaniyasında gündəlik nəşrlər və internet mediada seçkilərin işıqlandırılmasının monitorinqini aparacaq. Koalisiya eyni zamanda 9 oktyabrda 150 seçki məntəqəsində müşahidə prosesini həyata keçirəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ