32 saylı Suraxanı Üçüncü seçki dairəsindən YAP-ın deputatlığa namizədi Afət Həsənova birinci qrup gözdən əlilin evinə gedib.
AZXEBER.COM xəbər verir ki, A.Həsənova seçicisi olan iki gözü görməyən və yerimə əngəlli Maya İbrahimovanın Əmircan qəsəbəsində yaşadığı mənzilə gedərək, onunla görüşüb. Xanım namizəd görüşdə dövlətimizin daim şəhid ailələrinə, əlillərə, sosial qayğıya ehtiyacı olan insanlara daim diqqət göstərdiyini deyib.
Afət Həsənova 85 yaşlı seçicisinin səhhəti ilə maraqlanıb, ona şəfa diləyib və bildirib ki, deputat seçilicəyi təqdirdə vətəndaşların sosial problemlərini həll etmək üçün mühüm addımlar atacaq.
Qeyd edək ki, A.Həsənovanın görüşdüyü ahıl qadın tanınmış jurnalist Famil Fərhadoğlunun nənəsidir.
Famil Fərhadoğlu görüş haqda yazıb: "Bu statusu yazmazdan öncə deyim biləsiz. Allah şahiddir ki, bu piar deyil. Mən Afət Həsənovanı bu günə kimi tanımamışam, nə də ki, hər hansı formada ünsiyyətdə olmamışıq. Amma bu gün status yazaraq 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd Afət Həsənovanın seçicilərlə görüşlər keçirdiyini və birinci qrup gözdən əlil və yerimə əngəlli olan nənəmin seçicisi kimi problemlərini demək üçün onu görmək istədiyini sosial şəbəkədə qeyd etdim.Statusdan sonra evimizdən zəng etdilər ki, xanım namizəd bizə gəlib, nənəmin yanındadır. Afət xanım seçicisi kimi nənəmin səhhəti ilə maraqlanıb, deputat seçilicəyi təqdirdə vətəndaşların, eləcə də qayğıya ehtiyacı olan insanların sosial problemlərini həll etmək üçün atacağı addımları bildirib. Bu diqqətinə və nəcib addımına görə Afət Həsənovaya özüm və ailəmiz adından dərin minnətdarlığımı bildirirəm".