Jurnalist Xədicə İsmayılova AZAL-ı təriflədi - STATUS
Bütün Xəbərlər
18:03 08.08.2012
1810
Tanınmış jurnailist, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl "facebook" sosial şəbəkəsində maraqlı status yazıb. AZXEBER.COM statusu təqdim edir: "Dünən Bakıya qayıdanda hava limanının baqaj götürmə seksiyasında dostlara rast gəldim. Başım qarışdı söhbətə, İstanbulda duty free dükanında aldığım əşyalarla dolu 2 torba qaldı orda - skamyanın üstündə. Yolda yadıma düşdü ki, əlimdə torbalar da olmalı idi axı. Zəng elədim hava limanına. Orda torbaların təsvirini aldılar, elə xətdə olduğum zaman torbaların tapıldığını müəyyənləşdirib, mənə xəbər verdilər. Ertəsi gün gəldim, torbalarımı geri aldım. İçində təqribən 150 avroluq əşya var idi. Heç kim tamah eləməmişdi. Hava limanının işçisi dedi ki, dünən ünvanımı da söyləsəydim, əşyaları ünvanıma göndərərdilər".