Jurnalist Xədicə İsmayılova prokurorluğa çağırıldı

Jurnalist Xədicə İsmayılova prokurorluğa çağırıldı
Bütün Xəbərlər
13:53 18.02.2014
957
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri: “Günün ikinci yarısında məlumatı ya təsdiq edəcəyəm, ya da təkzib”
Jurnalist Xədicə İsmayılova prokurorluğa çağırılıb. APA-nın məlumatına görə, bu barədə X. İsmayılova öz “facebook” profilində məlumat yayıb.
Jurnalistin yazdığına görə, ona qarşı cinayət işi başlanıb: “Baş prokurorluqdan zəng elədilər. Mənə qarşı cinayət işi açıblar. Cinayət işi dövlət sirrini yayma maddəsi ilə açılıb (284)”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə sorğuya cavabında bildirib: “Günün ikinci yarısında məlumatı ya təsdiq edəcəyəm, ya da təkzib”.
OXŞAR XƏBƏRLƏR