Jurnalistin dəfninə hazırlıq başlayıb

Jurnalistin dəfninə hazırlıq başlayıb
Bütün Xəbərlər
13:44 09.08.2015
1272
Futbolçu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü bildirilən jurnalist Rasim Əliyevın avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə getməsi haqqında artıq məlumat vermişik.
Musavat.com-un əməkdaşları mərhum jurnalistin evinə gedərək, onun dəfn prosesi barədə məlumat toplamağa çalışıblar.
Əməkdaşlarımızın verdiyi son məlumata görə, mərhum jurnalist Rasim Əliyevin cənazəsi məsciddə yuyulduqdan sonra evlərinə gətirlib.
Hazırda dəfn mərasimi üçün hazırlıqlara başlanılıb.
Digər məlumatdasa bildirilir ki,Səbayel Prokurorluğunun və ərazi polisinin əməkdaşlarımərhum jurnalistin evinə gəliblər. Onun babası sorgu-sual məqsədilə polis şöbəsinə aparılıb.
Əməkdaşımızın verdiyi son məlumata görə, Müsavat Partiyasının başqanı Arif Hacılı da dəfn mərasiminə qatılıb.
OXŞAR XƏBƏRLƏR