Jurnalistin Misir Mərdanova sualı

Jurnalistin Misir Mərdanova sualı
KÖŞƏ
12:32 05.07.2012
2472
Təkcə jurnalistika fakültələrinin məzunları deyil, ayrı-ayrı ixtisas sahibləri də qəzetdə işləmək isrəyirdilər. Jurnalistika prestijli sahə olduğu üçün maaş da yüksək idi. Mən, 1992-ci ildə “Bu gün” qəzetində redaktor kimi işə başlayanda, birinci ay köhnə pulla 650 min manat məvacib almışdım. Həmin vaxt Bakıda ən çox maaş alan müəllimin aylıq qazancı 120-130 min manatı ötmürdü...Baş redaktorumuz Nəsib İsmayılov tələbkar adam idi. Nəsib müəllimin bitib-tükənməyən ideyaları nəticəsində “Bu gün”ün tirajı 8 ay ərzində 28 min nüsxəyə çatmışdı. Vəsifəli şəxslər, yüksək rütbəli məmurlar heç bir minnət qoymadan bizə müsahibə verirdilər. Prezident Aparatının məsul əməkdaşları, ayrı-ayrı nazirlər tez-tez redaksiyanın qonağı olurdular. Təkcə “Bu gün” deyil, digər qəzetlər də hakimiyyətlə sıx əməkdaşlıq edir, tez-tez nazirlərin mövqeyini işıqlandırırdılar. O vaxt Kəmaləddin Heydərov, Ziya Məmmədov, Səfər Əbiyev indiki kimi əlçatmaz deyildilər. Jurnalistlərin əli hakimiyyətin olimpinə qədər uzanırdı.Yaşlı və orta nəsli təmsil edən jurnalistlərin yaxşı tanıdığı Elman Malıyev həmin vaxt “Bu gün” qəzetində işləyirdi. Kriminaldan yazmağına baxmayaraq, Elman tez-tez vəsifəli şəxslərdən müsahibələr də götürürdü. Elman bir gün dedi ki, təhsil naziri Misir Mərdanovla müsahibəyə gedir. Biz Elmanın qabağını kəsib, Misir Mərdanova hansı sualları verəcəyini soruşanda, o, bloknotundakı qeydləri bizə göstərib, narahatlıq üçün əsas olmadığını bildirdi. Elman Malıyevin xətti mənim xəttimdən də pis olduğu üçün biz onun bloknotuna hansı qeydlər etdiyindən baş aça bilmədik. Buna görə də həmin vaxt “Bu gün” qəzetində baş redaktorun müavini işləyən dostum Etibar Cəbrayıloğlu Elmanın yaxasından əl çəkmədi. Etibar Elmanın arxasınca düşüb, pilləkənlərdən enə-enə onun bloknotuna daha üç-dörd sual yazdırmağa nail oldu.Həmin vaxt Misir Mərdanov nazir kürsüsünə yenicə əyləşmişdi. O, tez-tez müxtəlif universitetlərdə görüşlər keçirib, rektorlara barmaq silkələdiyi üçün adı qəzet səhifələrindən düşmürdü. Misir müəllimə veriləsi o qədər sual vardı ki, hətta sınaq müddətinə götürülmüş gənc jurnalist də ondan maraqlı müsahibə ala bilərdi. Buna görə də biz Elman Malıyevdən maraqlı müsahibə gözləyirdik. Etibar Cəbrayıloğlu hər dəfə eynəyini çıxarıb, cibindəki təmiz dəsmalla nazik şüşəni siləndə, eyni sözləri təkrarlayırdı: “Növbəti nömrənin manşeti hazırdır”.Elman işə ertəsi gün gəldi. Həmin vaxt “Bu gün” qəzeti həftədə iki dəfə işıq üzü gördüyü üçün növbəti sayımız üç gün sonra satışda olacaqdı. Vaxtımız çox olduğu üçün Elmana tapşırdıq ki, Misir müəllimin müsahibəsini olduğu kimi kompüterin yaddaşına köçürsün. Bu proses təxminən iki gün çəkdi. Müsahibə tam hazır olandan sonra Elman kompüterdən çıxardığı vərəqləriEtibar Cəbrayıloğluna verib, qəhrəmanlıq göstərmiş adamlar kimi redaksiyanı tərk etdi.Etibarla biz qonşu otaqlarda əyləşirdik. O, Elmanın verdiyi bir dəstə kağızı qoltuğuna vurub, öz kabinetinə, mən isə hazır materialları götürmək üçün operatorların otağına yollandım. Cəmi iki dəqiqə sonra Etibarın səsi redaksiyanı başına götürdü. Koridora çıxanda gördüm ki, baş redaktordan tutmuş korrektora kimi hamı Etibar Cəbrayıloğlunun kabinetinin qarşısında toplaşıb. İçəri keçib, Etibarı sakitləşdirəndən sonra nə baş verdiyini soruşdum. O, masanın üstündəki vərəqlərdən birini mənə uzadıb, belə dedi: “Bu əclafın nazirə verdiyi suala bax!”Etibar mənə Misir Mərdanovla müsahibənin birinci hissəsini təqdim etmişdi. Elman Malıyevin təhsil nazirinə ünvanladığı ilk sual belə idi: “Misir müəllim, hansı bürcdənsiniz?”Sonrakı sualları oxumağa ehtiyac qalmadı...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA