Jurnalistlər Röyanın cavabını verdilər (SORĞU)

ŞOU-BİZNES
13:44 12.01.2011
2643

 Bəs görəsən, jurnalistlər bu haqda nə düşünür. AZXEBER.COM portalı olaraq qələm əhlinin fikirlərini öyrəndik. 

 Anar Gəraylı (Poliqon İnformasiya Agentliyi (PİA), redaktor): “Tısbağa qınından çıxdı, qınını bəyənmədi. Ataların gözəl bir sözü var ki, vərdişkara tövbə yoxdu, əminəm ki, Röya yenə qalmaqalla gündəmə gələcək. Məncə bu işdə mətbuatın çox böyük günahı var. Media vaxtında yazıb onu məşhur etdi, indi də qoyun çəksin cəzasını.

 İntiqam Valehoğlu ("Ədalət" qəzetinin yazarı): “Bu cəhd Röyanın keçmişini silmək istəyidir. Düşünürəm ki, atdığı addım onun öz fikirləri deyil. Bəlkə də ailəsində problem yaranıb və o da belə bir qərar alıb. Böyük sənətkarlar heç belə qadağa qoymayıblar. Onun bu addımı yediyi qabı təpikləmək kimi bir şeydir. Çünki onu bu yerə məhz indi qadağalar qoymaq istədiyi jurnalistlər, qələm əhli qaldırıb. Yoxsa ki, orta məktəbdə oxuyarkən direktorun katibəsi işləyərək ailəsini dolandıran bu insan nə Şüvəlanda milyonlarla qiyməti olan bağ evinə, nə da bahalı avtomobillərə sahib ola bilərdi. Ən yaxşı halda indi də hansısa idarədə eyni funksiyani yerinə yetirəcəkdi. Yəqin ki bu əxlaqla həm də başqa işlərlə məşğul olacaqdı. Bir də ki insan gərək elə addım atsın ki, sonra Röya kimi ona-buna nota göndərib özünü güldürməsin. Adama deməzlərmi ki, vaxtında dəniz kənarlarında çılpaq şəkillər çəkdirəndə bunu niyə fikirləşmirdin? Bir zamanlar Aygün Kazımova da varlı kişilərin masasının, yataq otağının "bəzəyi" idi. Amma nədənsə o belə addım atmadı. Görünür, gənc həmkarı kimi camaatı özünə güldürmək istəməyib".

 Vüqar Baba (BBC-nin əməkdaşı): "Mediaya nəyi yazmağı heç kim diqtə edə bilməz. Digər tərəfdən məşhurlar ictimai fiqurdurlar və və ictimai fiqurların şəxsi həyat anlayışı da digərlərinə nisbətən məhdudlaşır. İnsanlar yalnız barələrində təhqir yazılanda KİV-dən şikayət edə bilər. Başqa heç vaxt". 

 Ceyhun Əhmədov (müstəqil jurnalist) : "Mən bu fikirləri eşidəndə şoka düşdüm. Röya son dövrlər çox dəyişib. Bəlkə də burada biz bilmədiyimiz nəsə var. Amma belə göynən getmək yaxşı hal deyil, hərdən onu göyə qaldıranlara da baxmaq lazımdır. Ümid edirəm ki, bu bəyənat kağız üzərində də qalacaq və Röya jurnalistlərdən üzr istəyəcək". 

 Elgün Mənsimov (“Kaspi” qəzeti, reportyor): “Röyaçox şey deyə bilər. Ama o bununla KİV-əqadağa qoya bilməz. KİV haqqında qanuna əsasən əgər hər hansı bir sayt, agentlik, yaxud mətbu orqan onun şəxsi həyatı barədə deyil, sənəti, gördüyü işlər barədə məlumat verirsə onda Röya buna heç cür qadağa qoya bilməz. Reallıq olaraq deyə bilərik ki, bəzi saytlarda həqiqətən müğənnilərin şəxsi həyatı ilə bağlı çox dərinliklərə varırlar, halbuki, bunun ictimaiyyət üçün heç bir əhəmiyyəti yoxdur. Fikrimcə Röya ancaq bu cür əhəmiyyətsiz informasiyalara qadağa qoya bilər. Bunu da alqışlayıram. Amma qaldı ki, ümumiyyətlə qadağa məsələsinə, görünür onun jurnalistikadan xəbəri yoxdur”.

 Sonda AZXEBER.COM portalı Röya xanıma demək istəyirik ki, mətbuata senzura qoya bilərsiniz, bizi məhkəməyə də verə bilərsiz. Amma unutmayın ki, keçmişinizi dəyişə bilməyəcəksiz. Bəlkə də xəbəriniz yoxdur, dünyada “Google” axtarış saytı var. Və ora daxil olub Röya yazıb axtarış versəz, bütün erotik fotolarınız, pozalarınız, görüntüləriniz qarşınıza çıxacaq. Ona görə də mətbuatda yazılanlara baxmaqdansa, güzgüyə baxıb səhvlərinizi düzəltsəz daha yaxşı olar. Əgər düzələcəksə...

 

HACIBƏY HEYDƏRLİ

 

 

OXŞAR XƏBƏRLƏR