Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C variantı üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları arasında keçirilən “Aktiv ol!” layihəsi davam edir.
Martın 28-də turnirin B qrupunda yarımfinal oyunu keçirilib.
Turnirin ikinci yarımfinal oyunu “Space” televiziyası ilə “Kiv.az” saytı arasında keçirilib.
İki hissəli keçirilən oyunda gərgin və maraqlı anlar yaşanıb. Turnirdə ənənəvi çəllək tapşırığı bu oyunda da əsas tapşırıq olaraq komandalara verilib.
Hakimlər çəlləyi öz qərərgahına daha tez və daha uzun məsafəyəapara bilən komandanın qalib gələcəyini hər iki komandaya xatırladıblar.
Oyunun ilk hissəsində çəlləyin müdafiəsini təşkil edən “Kiv.az” komandası rəqib komandadan 2 nəfəri zərərsizləşdirə biliblər. Onlar eyni zamanda birinci hissədə çəlləyi öz qərərgahlarına 8 dəqiqə ərzində çəkərək oyunun ilk hissəsinin qalibi olublar.
Oyunun ikinci hissəsində isə, müdafiəyə keçən “Space” televiziyasına 8 dəqiqə ərzində çəlləyi öz qərərgahlarına aparmaları hakimlər tərəfindən tapşırılıb. Ancaq rəqibin hücumlarını dəf edə bilməyən komanda 3 oyunçusunu itirib. Oyunun qaydalarına görə, 8 dəqiqə ərzində çəlləyi öz tərəflərinə çəkə bilməyən “Space” komandası ikinci hissədə də məğlub olublar.
Belələliklə hər iki oyunun nəticələrinə görə, “Kiv.az” komandası oyunda qalib gələrək finala vəsiqə qazanıblar.
Xatırladaq ki, turinirin final mərhələsində “Editor.az” və “Kiv.az” komandaları qarşılaşacaqlar.
![](/file/pic/xeber/2014-03-31/69127.jpg)
![](/file/pic/xeber/2014-03-31/69129.jpg)
![](/file/pic/xeber/2014-03-31/69131.jpg)
![](/file/pic/xeber/2014-03-31/69133.jpg)
![](/file/pic/xeber/2014-03-31/69135.jpg)
![](/file/pic/xeber/2014-03-31/69137.jpg)
![](/file/pic/xeber/2014-03-31/69139.jpg)
![](/file/pic/xeber/2014-03-31/69141.jpg)
![](/file/pic/xeber/2014-03-31/69142.jpg)
![](/file/pic/xeber/2014-03-31/69143.jpg)
![](/file/pic/xeber/2014-03-31/69144.jpg)
![](/file/pic/xeber/2014-03-31/69145.jpg)
![](/file/pic/xeber/2014-03-31/69146.jpg)