Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C variantı üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları arasında keçirilən “Aktiv ol!” layihəsinin final mərhələsi keçirilib.
Aprel ayının 1-də “Patriot” paintball zalında “Editor.az” və “Kiv.az” komandaları arasında keçirilən oyunun nəticələrinə görə “Editor.az” komandası layihənin qalibi olub.
Hər iki komanda sona qədər əzimkar mübarizə sərgiləsələr də, ancaq xal hesabına görə “Editor.az” komandası üstünlüyü ələ alaraq oyunun hər iki hissəsinin qalibi olub.
Xatırladaq ki, turnirdə iki qrupda ümumi 8 komanda bir-biri ilə mübarizə aparıb.
A qrupundakı komandalar: “Editor.az”, “Azxeber.com”, “Qol.az”, “Showlife.az”
B qrupundakı komandalar: “Space” Televiziyası, “Kiv.az”, “Presspost.az”, “İnterpress.az”
Yarımfinal oyunları:
A qrupu: “Editor.az” – “Azxeber.com” (Oyunun nəticəsi: 2-0)
B qrupu: “Space” – “Kiv.az” (Oyunun nəticəsi: 1-2)
Turnirə 2014-cü il martın 1-i tarixində başlanılıb. Layihənin rəhbəri jurnalist Əfsələddin Ağalarov olub.
Final oyununda çəkilən maraqlı fotoları diqqətinizə çatdırırıq:
![](/file/pic/xeber/2014-04-02/68861.jpg)
![](/file/pic/xeber/2014-04-02/68863.jpg)
![](/file/pic/xeber/2014-04-02/68865.jpg)
![](/file/pic/xeber/2014-04-02/68867.jpg)
![](/file/pic/xeber/2014-04-02/68869.jpg)
![](/file/pic/xeber/2014-04-02/68871.jpg)
![](/file/pic/xeber/2014-04-02/68873.jpg)
![](/file/pic/xeber/2014-04-02/68875.jpg)
![](/file/pic/xeber/2014-04-02/68877.jpg)
![](/file/pic/xeber/2014-04-02/68879.jpg)
![](/file/pic/xeber/2014-04-02/68881.jpg)
![](/file/pic/xeber/2014-04-02/68883.jpg)
![](/file/pic/xeber/2014-04-02/68885.jpg)