Jurnalistlər Kəlbəcərdə necə minaya düşüblər? - FACİƏNİN TƏFƏRRÜATI

Jurnalistlər Kəlbəcərdə necə minaya düşüblər? - FACİƏNİN TƏFƏRRÜATI
SOSİAL
12:52 04.06.2021
1696
Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
 
AZXEBER.COM-un  məlumatına görə, hadisə  Kəlbəcərin Susuzluq kəndində baş verib. Sözügedən kənddə çəkiliş aparmaq üçün əraziyə gedən jurnalistləri daşıyan avtobus minaya düşüb. Nəticədə AzTV-nin teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov həyatlarını itiriblər. 
Hadisə zamanı Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıblar.

OXŞAR XƏBƏRLƏR