Meksikanın Şimali Amerikada jurnalistlər üçün ən təhlükəli ölkə olduğu bildirilib. ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, BMT-nin və Amerika Dövlətlər Təşkilatı (ADT) mütəxəssislərinin birgə hazırladığı hesabatda bu il Meksikada 13 jurnalistin öldürüldüyü qeyd edilir. Həmçinin, hesabatda o da göstərilir ki, 2000-ci ildən bu günə qədər Meksikada 70 jurnalist öldürülüb.BMT-nin İnsan Hüquqları Şurasının söz azadlığı üzrə komissarı da Meksikanın jurnalistlər üçün dünyanın ən təhlükəli beşinci ölkəsi olduğunu göstərir. BMT təmsilçisi Katalina Botero da Meksika hökumətinin jurnalistləri qorumaq üçün müəyyən tədbirlər görməli olduğunu deyib.