Jurnalistlərə veriləcək evlər püşkatma yolu ilə seçiləcək

Jurnalistlərə veriləcək evlər püşkatma yolu ilə seçiləcək
Bütün Xəbərlər
16:30 17.07.2013
1076

Bakı şəhərində jurnalistlər üçün inşa olunmuş yaşayış binasında mənzillərin bölgüsü püşkatma yolu ilə müəyyənləşdiriləcək. Bu barədə APA-ya Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli məlumat verib. 

V. Səfərlinin sözlərinə görə, yaxın günlərdə mənzil veriləcək jurnalistlərin siyahısı təsdiqlənəcək. Binanın açılışı iyulun 22-də olacaq və açılış mərasimində prezident İlham Əliyevin iştirakı gözlənilir: «Açılış mərasimindən sonra mənzil verilən jurnalistlər arasında püşkatma keçiriləcək. İki və üç otaqlı mənzillərin sahibləri püşkatma nəticəsində müəyyən olunacaq ». 

Mənzil alan jurnalistlərə bir gün öncə tədbirdə iştirakla bağlı dəvətnamə veriləcək: «İyulun 22-də səhər saat 08:00-da mənzil alan jurnalistlər Mətbuat Evinin qarşısından avtobusla Fəxri Xiyabana yola düşəcək. Burada sabiq prezident Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra binanın açılış mərasiminə qatılacaqlar. Həmin gün axşam isə paytaxtın «Min bir gecə» restoranında bayram tədbiri olacaq». 

V. Səfərli artıq binanın yaşayış üçün tam hazır olduğunu, ətrafının abadlaşdırıldığını qeyd edib.

OXŞAR XƏBƏRLƏR