“Jurnalistlərin Bakı və Yerevana səfərləri təşkil olunacaq” - Nazir

SİYASƏT
23:54 15.04.2019
6913
Aprelin 15-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşü faydalı və substantiv keçib.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan jurnalistlərinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.

Nazir qeyd edib ki, əvvəlcə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri üçtərəfli görüş keçirdilər. "Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq”, - deyə nazir bildirib.

Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: "İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.

Nazir görüşün yekun bəyanatında qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, Yerevana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunub: "Bu çox maraqlı fikirdir ki, erməni və azərbaycanlı jurnalistlər Yerevana, Bakıya, Dağlıq Qarabağa səfərlər etsinlər. Bundan əlavə, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəldik. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməyə imkan yaradacaqlar”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:47 15.07.2020

"Döyüşə getmək istəyirəm" deyib, özünü Milli Məclisin qarşısında doğradı - FOTO

14:43 15.07.2020

Rəşad Mahmudov: "Bəhram Bağırzadə iki gündür süni tənəffüs aparatından ayrılıb"

14:34 15.07.2020

"Sərhəddə döyüşlər Paşinyanın oğlunun tərxis olunmasından üç gün sonra başlayıb"

14:19 15.07.2020

Sabah yağış yağacaq, dolu düşəcək

13:49 15.07.2020

İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib

13:47 15.07.2020

Azərbaycanda sərt karantin rejimi uzadılacaq? - AÇIQLAMA

13:39 15.07.2020

"Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək"

13:38 15.07.2020

Zakir Həsənov şəhid generalla vida mərasimində iştirak edib

13:23 15.07.2020

"Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər müvafiq tədbirlərə cəlb edilə bilərlər" - RƏSMİ

13:14 15.07.2020

BDU-nun müəllimi vəfat etdi

13:11 15.07.2020

Əli Əhmədov: “Bu əməllər arxadan vurulan bıçağı xatırladır”

12:59 15.07.2020

Azərbaycan Ordusunun yaralanmış hərbçilərinin durumu açıqlandı

12:59 15.07.2020

Təxribatçılar aksiyanın əsl mahiyyətinə kölgə salmağa çalışdılar - VİDEO

12:56 15.07.2020

“Düşmən müharibəni yalnız cəbhədə aparmır...” - Naqif Həmzəyev

12:30 15.07.2020

Baş Prokurorluq və DİN aksiya haqda məlumat yaydı

12:17 15.07.2020

Bir qrup şəxsin Milli Məclisin binasına daxil olması ilə bağlı - Rəsmi açıqlama