Jurnalistlərin Həmkarlar İttifaqı Cənub bölgəsində sorğular keçirir

Jurnalistlərin Həmkarlar İttifaqı Cənub bölgəsində sorğular keçirir
SAĞLAMLIQ
16:19 07.05.2012
2752

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ekspertləri Azərbaycanın Cənub bölgəsinə daxil olan rayonlarda qadın və ailə münasibətləri mövzusunda sorğular keçirilməsinə başlayıblar. Məqsəd, bölgədə ailə münasibətlərində ortaya çıxan və kütləviləşən yeni tendensiyaların öyrənilərək qiymətləndirilməsidir.

JuHİ-dən AZXEBER.COM-a verilən məlumata görə, sorğunun 80 nəfər bölgə sakini arasında keçirilməsi planlaşdırılıb. Sorğu bitdikdən sonra, nəticələr təhlil edilərək dərc olunacaq.

Məlumat üçün bildirək ki, sorğular JuHİ-nin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Azərbaycanın Cənub bölgəsində modern ailə prinsiplərinin təbliğinə yardım” layihəsi çərçivəsində keçirilir.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd ölkənin Cənub regionunda ailə modelinin sağlam dəyərlər üzərində modernləşməsinə yardım etməkdən ibarətdir: “Ailənin cəmiyyətdəki tərbiyəvi funksiyasının gücləndirilməsinə, ailə dəyərlərinə marağın artırılmasına, gənc ailələrə yüksək mənəvi dəyərlərin aşılanmasına, yeniləşmə adı ilə gündəmə gətirilən yanlış tendensiyaların qarşısının alınmasına, mühafizəkarlıq pərdəsi altında zərərli vərdişlərin bərpasına mane olmaq layihənin əsas məqsədlərindəndir”.

Ələsgərli qeyd edib ki, layihə çərçivəsində görüləcək əsas iş bölgədə fəaliyyət göstərən KİV-lərin ailə-qadın mövzusunda materiallar yaymaq işinin təkmilləşdirilməsinə yardım göstərmək olacaq: “Xüsusən gənc ailələrlə KİV redaksiyaları arasında təmasların intensivləşməsi, KİV redaksiyalarda isə ailə münasibətlərinə həssas yanaşmaq vərdişlərinin yaranması bölgədə ailə münasibətlərinin sağlam müstəvidə inkişafına mühüm töhfə verəcək”.

Layihə çərçivəsində bölgəyə daxil olan rayonlarda əhali qrupları, vətəndaş cəmiyyəti institutları və yerli KİV redaksiyalarının iştirakı ilə ümumi müzakirələrin, dəyirmi masaların keçirilməsi də planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
12:39 02.06.2025
İran XİN: Azərbaycandakı yeni səfirimizin təqdimatı inzibati mərhələdədir
Sabah leysan yağacaq, güclü külək əsəcək
12:36 02.06.2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
12:32 02.06.2025
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
12:29 02.06.2025
Meksikada reabilitasiya mərkəzində FAİCƏ: 12 ölü
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
12:27 02.06.2025
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
12:23 02.06.2025
Lionel Messi minifutbol üzrə Azərbaycan millisini təbrik etdi - VİDEO
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
12:21 02.06.2025
İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
12:21 02.06.2025
“Mən başlayanda özümə bir söz vermişdim” – Xalq artisti Röya
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
12:19 02.06.2025
Aysunun keçmiş həyat yoldaşı Maldivdə bal ayında - FOTOLAR
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
12:13 02.06.2025
AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
12:07 02.06.2025
"Zeytun" apteklərinə protokol tərtib edildi - Dərmanı baha satdığına görə
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
12:05 02.06.2025
İndoneziyada baş verən sürüşmə nəticəsində ölənlərin sayı artdı
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
12:02 02.06.2025
Bakıda cəzaçəkmə müəssisəsində dam örtüyünün uçdu - Ölən var
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
11:59 02.06.2025
Bu şəxsləri dərhal blok edin - DİN-dən əhaliyə xəbərdarlıq
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
11:57 02.06.2025
Osimhenin "Qalatasaray"dan tələb etdiyi pul bəlli oldu - FANTASTİK MƏBLƏĞ
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə
11:52 02.06.2025
"Meydanı boş görüblər, çıxıb ağzına gələni danışırlar" - Əməkdar artistdən Aqşinə