"Jurnalistlərin işğal altındakı ərazilərə getməsini təmsil etdikləri ölkələr və şirkətlər qadağan etməlidir"-BBC-nin reportajına münasibət

"Jurnalistlərin işğal altındakı ərazilərə getməsini təmsil etdikləri ölkələr və şirkətlər qadağan etməlidir"-BBC-nin reportajına münasibət
SİYASƏT
18:00 08.04.2015
1516
“BBC”-nin müxbiri Reyhan Demitrie Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib və reportaj hazırlayıb.
APA-nın məlumatına görə, reportajda müəllif ermənilər və azərbaycanlıların bu torpaqlar uğrunda 1990-cı illərdən vuruşduğunu qeyd edib: “Azərbaycan bu torpaqlar üzərində nəzarəti itirib və yüz minlərlə etnik azərbaycanlı evlərindən qaçmalı olub. 20 ildir, atəşkəsin elan olunmasına baxmayaraq təmas xətti ağır şəkildə hərbiləşdirilib. Orada tez-tez atışma və ölüm halları baş verir. Dağlıq Qarabağ özünü müstəqil respublika elan edib. Onun özünün hökuməti, universitetləri, hətta beynəlxalq aeroportu var. Realıq isə budur ki, Qarabağ erməniləri dünyadan təcrid olunublar”.
Reyhan Demitrie ötən il “Dağlıq Qarabağ Respublikası”nın özünün "20 illik müstəqilliyi"ni qeyd etdiyini bildirib: “Lakin bu müstəqillik və respublika bu torpaqları Azərbaycanın bir hissəsi hesab edən beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Bu münaqişə həll olunmamış qalır və bunun nümunələrindən biri bir neçə ilə əvvəl bərpa olunmuş aeroportdur ki, orada oturacaqlar boşdur. Ora heç bir uçuş həyata keçirilmir. Burada təyyarələrin Azərbaycan tərəfindən vurulması riski var. Çünki tərəflər arasında hələ də sülh razılaşması yoxdur. De-fakto hökumət hesab edir ki, onların danışıqlardan kənarda qalması prosesi ləngidir".
Daha sonra müəllif özünü qondarma qurumun xarici işlər naziri elan edən Karen Mirzoyanın müsahibəsini təqdim edib. Reportajın sonunda uşaqlar üçün minalardan qorunmaq üçün təşkil olunan təlimlər göstərilib.
Politoloq Qabil Hüseynli isə APA-ya açıqlamasında bu cür reportajları pisləyib. O bildirib ki, xarici jurnalistlərin Dağlıq Qarabağa səfərlər etməsi oradakı separatçı rejimin apardığı təbliğat siyasətinin əsas elementlərindəndir.
Onun sözlərinə görə, bu rejim mediadan bir alət kimi istifadə edir: “Separatçılar guya həmin ərazidə milli azadlıq hərəkatının olması, işğal altındakı ərazilərin oranın erməni xalqına məxsusluğu barədə uydurduqları mifləri media vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. Digər tərəfdən, jurnalistlərin bu bölgəyə hərəkəti onların hüquqi cəhətdən tanınmasına da yardım edir. Jurnalistlərin, incəsənət adamlarının, Azərbaycanın icazəsi olmadan bu ərazilərə səfər etməsi və onun təbliği ilə məşğul olması ciddi hüquqi pozuntudur. Çünki qondarma respublika heç kəs tərəfindən tanınmayıb, dünya ölkələri, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi qəbul edilib”.
Q. Hüseynli bildirib ki, işğal altındakı ərazilərə yalnız rəsmi Bakının icazəsi ilə gedilməlidir: “Bakı həmin bölgəyə qanunsuz səfər edən jurnalistlərin hamısını “qara siyahı”ya salır, gələcəkdə onların Azərbaycana səfər etməsi qadağan edilir. Bu məsələ Azərbaycanın yaralı yeridir. Azərbaycan bu istiqamətdə fəal iş aparır və yəqin ki, bunun nəticəsi olacaq”.
Politoloqun fikrincə, həmin jurnalistlərin işğal altındakı ərazilərə getməsini təmsil etdikləri ölkələr, işlədikləri şirkətlər qadağan etməlidir: “Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkə bu bütövlüyü pozan hərəkətlərə şərait yaradırsa, hüquqi pozuntuya şərait yaratmış, bir növ beynəlxalq hüquq normalarını ayaqlar altına atmış olur. Bu işdə təkcə jurnalistlər deyil, onların təmsil etdiyi media korporasiyaları, televiziyalar və həmin jurnalistin təmsil etdiyi ölkə də məsuliyyət daşıyır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
13:20 19.06.2026
Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür