Jurnalistlərin qohumları həbs olundu

Jurnalistlərin qohumları həbs olundu
MEDİA
07:56 06.10.2011
1817

“BBC Global News” direktoru Peter Horrocks İranda BBC əməkdaşklarının qohumlarının təqib edilməsi xəbəri ilə bağlı Britaniya hökümətini tədbir görməyə çağırıb.

AZXEBER.COM-un verdiyi məlumata görə, BBC redaktorlar bloqunda yerləşdirdiyi məqaləsində Peter Horroks hesab edirki, təxminən 10 nəfərə yaxın BBC əməkdaşının qohumları və yoldaşları İran rəsmiləri tərəfindən həbs edilib, sorğu-suala tutulub yaxudda təqib olunub.

Ailə üzvlərinə, məlumata görə, Londonda çoxlarının yaşadığı və İrana dönməyə qorxan BBC əməkdaşlarına qarşı təziqlər edilməyə başlayıb.

Horrocks bu həbslərin qəbuledilməz olduğunu və İran hökümətini bununla bağlı geri addım atmağa səsləyib: "Bizim İranlı jurnalistlər BBC üçün işləmək barədə qərarı sərbəst olaraq özləri qərara alıblar. Onlar anlayıblar ki bu addım onların höküməti tərəfindən düşmənçilik ilə qarşılana bilər. Lakin onların ailə üzvləri günahsız kənar müşahidəçilərdir və onların təqib olunması qəbuledilməzdir".

Qeyd edək ki, təqib ölkədə BBC əleyhinə edilən hərəkətlərin davamıdır. Bu yaxınlarda BBC Persian TV kanalının verilişlərinin yayımına əngəllənməsi gücləndirilib, kanalda nümayiş etdirilmiş 6 müstəqil film yaradıcısı həbs olunub.

OXŞAR XƏBƏRLƏR