Jurnalistlərin yarışında birinci finalçının adı məlum oldu - FOTOLAR

GƏNCLİK
12:43 25.03.2014
1663

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C variantı üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları arasında keçirilən “Aktiv ol!” layihəsi davam edir.

Martın 23-də A qrupunda ilk yarımfinal oyunu keçirilib.

Turnirin ilk yarımfinal oyunu “Editor.az” komandası ilə “Azxeber.com” komandası arasında keçirilib.

İki hissəli keçirilən oyunda gərgin və maraqlı anlar yaşanıb. Turnirdə ənənəvi çəllək tapşırığı bu oyunda da əsas tapşırıq olaraq komandalara verilib. Hakimlər çəlləyi öz qərərgahına daha tez və daha uzun məsafə apara bilən komandanın qalib gələcəyini hər iki komandaya xatırladıblar.

Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alan “Editor.az” komandası rəqib komandanın müdafiəsini yarmağa çalışıb. Birinci hissənin sonunda “Editor.az” komandası rəqib komandanın 2 üzvünü oyundan kənarlaşdıra bildiyi üçün həmin hissənin qalibi olub.

Oyunun ikinci hissəsi isə birinci hissədən fərqli olaraq daha tez yekunlaşıb. Belə ki, cinahlardan strateji gedişat edən “Editor.az” komandası “Azxeber.com” komandasının qərərgahına daxil ola bilmiş və yenə rəqib komandanın üzvlərini zərərsizləşdirərək çəlləyi öz qərərgahlarına çəkə biliblər.

Beləliklə hər iki oyunun nəticələrinə görə “Editor.az” komandası qalib gələrək finala vəsiqə qazanıb.

Turnirin digər yarımfinal oyunu isə, 25 mart tarixində keçiriləcək. İkinci yarımfinal oyunu isə “Space” televiziyası ilə “Kiv.az” komandaları arasında baş tutacaq. Bu oyunda qalib gələn komanda finalda “Editor.az” komandası ilə qarşılaşacaq.

OXŞAR XƏBƏRLƏR