"Yuventus"un futbolçusu millimizə qarşı oynamayacaq

"Yuventus"un futbolçusu millimizə qarşı oynamayacaq
İDMAN
12:45 28.08.2019
3945
Sentyabrın 6-da AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Uels yığmasının heyətində dəyişiklik olub.

AZXEBER.COM xəbər verir ki, Yuventus-un formasını geyinən Aaron Remsi heyətdən çıxarılıb. Onu İngiltərənin Manchester United komandasının oyunçusu Dilan Levitt əvəzləyib.

Dəyişikliyin səbəbi açıqlanmayıb.

Zədəyə görə sonuncu dəfə bu ilin aprelində meydana çıxan 29 yaşlı yarımmüdafiəçi oyun təcrübəsizliyindən əziyyət çəkir. Onun adı A seriyasının I turunda Parma ilə matçın protokoluna da daxil edilməyib.

Xatırladaq ki, Cardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
OXŞAR XƏBƏRLƏR