Kürd dilində mahnı oxumadığına görə öldürüldü

Kürd dilində mahnı oxumadığına görə öldürüldü
Bütün Xəbərlər
19:35 17.12.2010
1987

Türkiyədə bara silahlı basqın olub. Doğan Xəbər Agentliyinin yaydığı məlumata görə, hadisə bu gecə Mersin şəhərində baş verib.

Metin Baydar adlı şəxs yaxın qohumu ilə barda əylənərkən səhnədə mahnı oxuyan müğənni Sarp Öztürkə yaxınlaşaraq kürd dilində mahnı oxumasını istəyib. İfaçı kürd dilini bilmədiyini deyərək, sifarişi yerinə yetirməyib. Müştəri əsəbi halda bardan ayrılıb. 

M. Baydar təxminən bir saat sonra, bar bağlanarkən kluba odlu silahla hücum edib və müğənniyə sinə nahiyəsindən olmaqla iki dəfə atəş açıb. O, daha sonra gitara ifaçısı və ofisiantı da yaralayıb. 

Hər üç nəfər xəstəxanaya çatdırılsa da müğənni orada keçinib. 

Hadisəni törədən şəxs isə oradan uzaqlaşıb. Hazırda onun axtarışları davam edir. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR