Kəmaləddin Heydərov: "FHN əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı 12 cinayət işi başlanıb"

Kəmaləddin Heydərov: "FHN əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı 12 cinayət işi başlanıb"
Bütün Xəbərlər
14:57 18.02.2011
1829

Azxeber.com portalının  nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kollegiya iclasında çıxış edərək Nazirliyin fəaliyyətinin ayrı-ayrı sahələrində 2010-ci il ərzində görülmüş işlər barədə məlumat verib, həlli vacib məsələlər, qarşıda duran vəzifələrdən danışıb. Nazirin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi 2010-cu ildə qarşısında duran vəzifələrin öhdəsindən, əsas etibarilə, gələrək Nazirliyin Aparatı, qurumları normal ştat rejimində işləyərək infrastrukturun inkişafı prosesləri uğurla davam etdirib. Nazir öz çıxışında Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barəsində də danışıb. Qeyd edib ki, 2010-cu ildə Nazirliyə daxil olmuş 58 müraciət Nazirliyin əməkdaşlarının qanunsuz hərəkətləri barədə olmuş, bu müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılıb. Həmin müraciətlər, eləcə də daxil olmuş əməliyyat məlumatları əsasında aparılmış araşdırmalar zamanı cinayət xarakterli hallar aşkar edilərək 15 material hüquq-mühafizə orqanlarına, əsasən, Respublika Baş Prokurorluğuna göndərilmiş, həmin materiallar əsasında 12 cinayət işi başlanılıb. Həmin cinayət işlərindən 4-ü Nazirliyin vəzifəli şəxslərinin korrupsiya əməlləri ilə bağlı olub, 2 cinayət işi üzrə istintaq başa çatıb və Nazirliyin 4 əməkdaşı məhkum olunub. Bundan başqa, 2010-cu ildə aparılmış araşdırmaların nəticəsi olaraq Nazirliyin 48 əməkdaşı barədə intizam tənbehləri görülərək onlardan 18 əməkdaş xidmətdən xaric edilib, 2 –i aşağı vəzifəyə keçirilib, 4-ü vəzifəsindən azad edilib, 24 əməkdaş barəsində isə digər intizam tənbehləri tətbiq edilib.

Nazir onu da bildirib ki, digər cinayət işləri isə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı və ya Nazirliyin vəzifəli şəxslərinin yaxın adamları kimi təqdim edərək Nazirliyə işə düzəltmək adı ilə vətəndaşları aldadaraq onlardan pul almış şəxslər barəsində olub.

Kəmaləddin Heydərov bildirib ki, korrupsiya hüquqpozmalarının aşkar edilməsi və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması işi Fövqəladə Hallar Nazirliyi sistemində daim diqqət mərkəzindədir və bundan sonra da davam etdiriləcəkdir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi