Kadir İnanırın səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi

MAQAZİN
23:51 20.11.2021
323
Muğlada qəfil xəstələnən Türkiyənin məşhur aktyoru Kadir İnanır Dənizlidəki Pamukkale Universitetinin Xəstəxanasına yerləşdirilib.

AZXEBER.COM NTV-yə istinadən xəbər verir ki, aktyorun həyati təhlükəsi olmadığı və nəzarət məqsədilə reanimasiya şöbəsinə aparıldığı bildirlib.

"Vəziyyəti yaxşıdır, müayinələri davam edir, bir müddət burada müalicə olunacaq”, xəstəxanadan verilən açıqlamada belə deyilib.

Qeyd edilib ki, müayinə zamanı məlum olub ki, Kadir İnanırın beyin damarında laxtalanma yaranıb.

OXŞAR XƏBƏRLƏR