Kadir İnanırın son vəziyyəti AÇIQLANDI

Kadir İnanırın son vəziyyəti AÇIQLANDI
MAQAZİN
21:24 16.05.2026
707
Mayın 15-də vəziyyəti pisləşdikdən sonra Beşiktaşdakı xəstəxanaya aparılan və reanimasiyaya yerləşdirilən məşhur aktyor Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayılıb.

AZXEBER.COM Bakupost.az-a istinadla xəbər verir ki, xəstəxana aktyorun sağlamlıq vəziyyətində yaxşılaşma olduğunu, lakin bir müddət reanimasiyada qalacağını bildirib.

Kadir İnanırin həyat yoldaşı Jülide Kural sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlamasında onun ağciyər infeksiyası səbəbindən reanimasiyaya yerləşdirildiyini bildirib.

"Təəssüf ki, Kadir soyuqdəymə keçirdi. Soyuqdəymə səbəbindən ağciyərlərində infeksiya yarandı. Bu gün vəziyyəti daha yaxşıdır.
Həkimləri yaxşılaşdığını, lakin daha diqqətli olması üçün reanimasiyada müşahidə altında saxlamaq məcburiyyətində olduqlarını bildirdilər. İki gündən sonra adi palataya köçürüləcək”, – Jülide Kural deyib.

Xanımı, həmçinin siqaret çəkməyin sənətçinin sağlamlığına mənfi təsir etdiyini bildirərək, "Onun ən böyük düşməni siqaretdir, ümid edirəm ki, tərgidər” deyə vurğulayıb.

Sənətkar Kadir İnanırın sağlamlıq vəziyyəti ilə bağlı ilk açıqlamanı onun həkimi, professor Dr. Hüsnü Görgen verib:

"Dünən xəstəxanamıza qəbul edilən xəstəmiz Kadir İnanır, pnevmoniyanın yaratdığı tənəffüs çətinliyi səbəbindən tibbi müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirildi. Müalicəsi reanimasiya şöbəsində davam edir və intubasiyaya ehtiyac olmadan qeyri-invaziv tənəffüs dəstəyi alır. Ümumi vəziyyəti yaxından izlənilir və dünəndən bəri klinik vəziyyətində qismən yaxşılaşma müşahidə olunur. O, bir müddət reanimasiya şöbəsində müşahidə altında qalacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
05:50 30.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
05:40 30.10.2026
KİV: Almaniyanın silah tədarükünü gecikdirməsi səbəbindən NATO-nun müdafiə planları ləngiyir
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
05:30 30.10.2026
Ər-Riyada raket hücumu olub: bir nəfər yaralanıb
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
05:20 30.10.2026
Bu ölkə dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
“Liverpul” Qavini transfer etmək istəyir
05:10 30.10.2026
“Liverpul” Qavini transfer etmək istəyir
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
05:00 30.10.2026
Cənubi Koreyada eks-prezident üçün ölüm cəzası tələb edilib
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
04:50 30.10.2026
Lekornyu: Fransa hökuməti etirazlardan sonra təhsil sahəsinə 1 milyard avro ayıracaq
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
04:40 30.10.2026
Nunyes: Fransadakı etirazlarda 1193 polis və jandarm xəsarət alıb
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
04:30 30.10.2026
Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
04:20 30.10.2026
Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
04:10 30.10.2026
Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir
ABŞ-nin neft ehtiyatları azalır
04:00 30.10.2026
ABŞ-nin neft ehtiyatları azalır
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
03:53 30.10.2026
Bu ifadəMeksika ilə Fransa arasında mübahisə doğurub
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
03:46 30.10.2026
Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
03:38 30.10.2026
Fransız deputat: Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb
03:30 30.10.2026
Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb