Kafedə güclü yanğın

Kafedə güclü yanğın
Bütün Xəbərlər
17:26 20.02.2015
1311
Qusar rayonunda kafelərin birində güclü yanğın başlayıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu saatlarda Azərbaycan-Rusiya sərhəd yolunun girəcəyində, Qusar rayonunun Samur qəsəbəsindəki kafelərin birində baş verib.
Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qusar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olub.
Hazırda hadisə yerində olan yanğınsöndürənlər alovu dəf etmək istəyirlər.
Hələlil baş verən yanğınla bağlı ətraflı məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR