Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu

Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
SOSİAL
11:42 24.10.2026
287
Bakı şəhər Xətai rayonu, Əhmədli qəsəbəsindəki kafedə baş vermiş kütləvi dava-dalaşla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edə ki, tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra onlar bir-birilərinə bıçaqla hücum ediblər, odlu silahdan istifadəyə də cəhd göstərilib.

Nəticədə, bir nəfər həyatını itirib. Qətlə yetirilən Ceyhun adlı şəxsin "Ceyhun Sabunçu” kimi tanındığı bildirilir.
OXŞAR XƏBƏRLƏR