Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
SOSİAL
09:36 24.10.2026
150
Zaqatala rayonunda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR