Bloqer "İsican" həbs edildi

Bloqer "İsican" həbs edildi
SOSİAL
17:23 23.10.2026
124
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir bloqer həbs olunub.

AZXEBER.COM "Unikal"a istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü İsa Niyazəli oğlu Quliyev "TikTok"da "İsican" adı ilə canlı yayım zamanı söyüş söydüyünə görə polis tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin yekun qərarı ilə İsa Quliyev 15 sutka inzibati qaydada həbs edilib.
OXŞAR XƏBƏRLƏR