Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal” ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib.
AZXEBER.COM xəbər verir ki, təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq yaşanıb.
Belə ki, Fərhad Xəlilov vaxtilə şəkli özü tərəfindən hazırlanmış bu ordenlə nə vaxtsa təltif olunacağını fikirləşmədiyini bildirib: "Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacağam”.
Prezident İlham Əliyev isə cavabında deyib: "Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz”.











































