"Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi"ndə 49 056 iş və yaşayış yeri inşa olunub"

"Kahramanmaraşdakı "Azərbaycan məhəlləsi"ndə 49 056 iş və yaşayış yeri inşa olunub"
DÜNYA
11:13 19.06.2025
218
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan məhəlləsi" barədə paylaşım edib.

Prezident "X" sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib.

Onun sözlərinə görə, məhəllədə 49 056 iş və yaşayış yeri inşa olunub.

Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.
OXŞAR XƏBƏRLƏR