Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR

Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
İQTİSADİYYAT
11:17 25.04.2024
451
Fəaliyyəti daim ictimaiyyətə açıq olan, mütəmadi olaraq istehsal müəssisələrinə mediatur təşkil edən "Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq media mənsublarını istehsal müəssisəsinə dəvət edib. 

AZXEBER.COM xəbər verir ki, bu dəfəki tur "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı nəzdində fəaliyyət göstərən Kağızın Təkrar Emalı Fabrikinə olub. 

Jurnalistləri qarşılayan fabrik müdiri Əli Məmmədov kağızın təkrar emalı prosesi haqqında geniş məlumat verib. Prosesin bir neçə mərhələdən ibarət olduğunu qeyd edən mütəxəssis bildirib ki, qəbul olunan tullantılar çeşidləndikdən sonra su ilə qarışdırılaraq xəmir alınır. Növbəti mərhələdə isə alınan xəmir kütləsi aparatlarda kağız halına gətirilir və buxarda qurudulduqdan sonra rulonlanır.  
Fabrik müdiri istehsal prosesində istifadə edilən bütün avadanlıqların müasir texnoloji standartlara uyğun olduğunu və xaricdən gətirildiyini qeyd edib. 
Müəssisənin illik istehsal gücünün 50 000 ton olduğunu qeyd edən Əli bəy bildirib ki, bunun sayəsində ildə 850 min ağacın kəsilməsinin qarşısı alınır. Belə ki, 1 ton tullantı kağızın təkrar emalı 17 ağacın qorunmasını təmin edir.
AKKİK-ə təşkil edilən mediatur çərçivəsində fabrikdə çalışan mütəxəssislər jurnalistləri proseslə əyani tanış edərək, onların suallarını cavablandırıblar.
Qeyd edək ki, 10 illik fəaliyyəti dövründə təxminən 8.5 milyon ağacın qorunmasını təmin edən bu fabrik "Azərsun Holdinq”in həyata keçirdiyi ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biridir. Fabrik eyni zamanda tullantıların idarə edilməsinə dair bir çox ekoloji maarifləndirmə layihələri icra edir. 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib