'Kalaşnikov avtomatlarının yaradıcısı reanimasiyaya düşdü
DÜNYA
20:03 25.12.2012
1207
Məşhur “Kalaşnikov” avtomatlarının yaradıcısı, konstruktor Mixail Kalaşnikov xəstəxanaya yerləşdirilib.AZXEBER.COM-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə M. Kalaşnikovun referenti Nikolay Şklyayev məlumat verib. Onun sözlərinə görə, M. Kalaşnikov dekabrın 20-də reanimasiya şöbəsinə yerləşdirilib. Amma onun dəqiq hansı xəstəxanada olduğu məlum deyil.N.Şklyayev bildirib ki, N. Kalaşnikov 2012-ci ilin martından özünü pis hiss edir və həmin vaxtdan işlərini dayandırıb.