Bu sözləri Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla “Media forum” saytına açıqlamasında bildirib.Kamal Abdulla məsələ haqda geniş danışmaq istəməyib. O qeyd edib ki, indi əsas iş gənc yazarların Azərbaycana qayıtmasıdır.Rektor bildirib ki, gənc şairlər İrana dəvət əsasında gediblər. Dəvət İranda keçirilən poeziya festivalında iştirakla bağlı olub: “Onlar ezamiyyətə getməyiblər, yəni onları İrana kimsə ezam etməyib, dəvət əsasında gediblər. Onlar Azərbaycana qayıdanda bütün sənədlərini qaydaya salmamış İrana getdiklərinə görə cavab verməlidirlər”.Poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani Bakıya qayıtmalı olduqları gün – mayın 2-də İranda həbs olunublar. Həbsin motivi bəlli deyil. İran tərəfi bu barədə hər hansı rəsmi açıqlama verməyib.Şəhriyar del Gerani Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinin tələbəsidir.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Fərid Hüseyn də 2008-2010-cu illərdə Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsində təhsil alıb.