“KamAz”la “Mercedes” toqquşdu - Ölən və yaralanan var

“KamAz”la “Mercedes” toqquşdu - Ölən və yaralanan var
HADİSƏ
22:09 09.01.2026
165
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobil toqquşub.

Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.

Daha bir nəfər - 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR