Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
SİYASƏT
19:56 13.10.2026
193
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni oktyabrın 13-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, qonağın İçərişəhərdə gəzintisi tarixi memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıb. Xanım Piç Çanmoni qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Qız qalasının içərisinə daxil olan qonağa abidənin daxili strukturu, keçmişdəki funksiyası və arxeoloji tapıntılar barədə ətraflı məlumat təqdim edilib.

Gəzinti zamanı Kamboca Krallığının birinci xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Qonaq İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində yaradılan "Dastan" brendi ilə də tanış olub. Ona bu brendin milli irsimizin qorunması və təşviqi istiqamətində həyata keçirilən layihələr, eləcə də təqdim olunan əl işləri və sənət nümunələri barədə ətraflı məlumat verilib.

Burada Kamboca Krallığının birinci xanımı öz rəssamlıq istedadını nümayiş etdirib.

Qonağa xatirə hədiyyəsi olaraq "Zadagan" brendinə məxsus İçərişəhərin ornamentlərinin əks olunduğu kəlağayı hədiyyə olunub.

Xanım Piç Çanmoni "BuxarArt" sənət məkanı ilə tanış olub, İçərişəhərin kiçik modelinin ağac üzərində işlənmiş forması qonağa hədiyyə edilib.

Qonaq İçərişəhərdə sakinlərin asudə vaxtlarını səmərəli keçirilməsi üçün yaradılan İcma Mərkəzi, həmçinin yaxın müddətdə abadlaşdırılan "İçiçəri" yaşıl ictimai məkan və Mir Teymur Məmmədovun ev-muzeyi ilə tanış olub. Qonağa muzey və buradakı əsərlər barədə ətraflı məlumat verilib.

Kamboca Krallığının birinci xanımı orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə də tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır. Burada xanıma "Dastan" brendinə məxsus tablo hədiyyə olunub.

Gəzinti zamanı xanım Piç Çanmoniyə Azərbaycanın ilk "Çaydan Xəzinəsi Muzeyi" barədə də məlumat verilib. Bildirilib ki, muzey dünya çay mədəniyyətinin zənginliyini, müxtəlif xalqların məişət və sənət ənənələrini özündə birləşdirən nadir kolleksiyanı ilk dəfə sistemli ekspozisiya şəklində ictimaiyyətə təqdim edir.

Layihənin əsas özəlliklərindən biri dünya çay mədəniyyətinin Azərbaycanın qədim qonaqpərvərlik ənənələri ilə vəhdət təşkil etməsidir. Azərbaycan çay süfrəsinin ayrılmaz atributları olan samovar və armudu stəkanla yanaşı, ekspozisiyada qədim Şəki ərazisindən aşkarlanmış 3400 illik gil samovar da xüsusi yer tutur. Bu, kəklikotu, nanə və müxtəlif ədviyyatlarla hazırlanan dəmləmə mədəniyyətimizin çox qədim köklərə malik olduğunu sübut edir.

İçərişəhərlə tanışlıq xanım Piç Çanmonidə xoş təəssürat yaradıb.
 


















OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
Ukrayna ilə bağlı suala belə cavab verdi
21:08 13.10.2026
Ukrayna ilə bağlı suala belə cavab verdi
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
21:02 13.10.2026
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
20:49 13.10.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" oyunu başlayıb - Canlı
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib