Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
SİYASƏT
20:34 13.10.2026
181
Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 13-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, H.Manet müdafiə sənayesi nazirinin müavinləri Mehman Baxışov və Hidayət Əzimovun iştirakı ilə müəssisələrin iş prinsipləri, istehsal imkanları və texnoloji potensialı ilə yaxından tanış olub.

Ziyarət zamanı qonağa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, son illərdə əldə olunan nailiyyətlər və tətbiq edilən müasir texnoloji həllər barədə ətraflı məlumat verilib. Bildirilib ki, yerli istehsal imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və yüksək ixtisaslı kadr potensialının formalaşdırılması müdafiə sənayesinin əsas inkişaf istiqamətlərindəndir.

H.Manetə, həmçinin müəssisələrdə aparılan modernləşmə işləri, istehsal proseslərinin müasir standartlara uyğun təkmilləşdirilməsi, yeni texnoloji avadanlıqların tətbiqi və mövcud infrastrukturun yenilənməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Səfər çərçivəsində müdafiə sənayesinin inkişaf perspektivləri və bu sahədə beynəlxalq əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu cür səfərlərin ölkələr arasında əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxtın bu yolları bağlı olacaq
21:56 13.10.2026
Paytaxtın bu yolları bağlı olacaq
"Sabah" - "Slaviya" ilə oyunda hesabı açıb - Canlı - Yenilənir-2
21:53 13.10.2026
"Sabah" - "Slaviya" ilə oyunda hesabı açıb - Canlı - Yenilənir-2
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
21:49 13.10.2026
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
Ukrayna ilə bağlı suala belə cavab verdi
21:08 13.10.2026
Ukrayna ilə bağlı suala belə cavab verdi
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
21:02 13.10.2026
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək