Kamikadze Bağdadı qana boyadı, 21 nəfər həlak oldu

Kamikadze Bağdadı qana boyadı, 21 nəfər həlak oldu
DÜNYA
16:07 24.07.2016
1284
İraqın paytaxtı Bağdad yenə qana boyanıb. Belə ki, bu gün Bağdadda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. 
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, 35 nəfər yaralanıb. Qeyd edək ki, bundan əvvəl partlayış nəticəsində 14 nəfərin öldüyü, 20 nəfərin yaralandığı barədə məlumat yayılıb. Partlayış İraq paytaxtının əsasən şiələrin yaşadığı Əl-Kadimeyn rayonunda nəzarət-keçid məntəqəsinin qarşısında törədilib.
OXŞAR XƏBƏRLƏR