Kamil Nəcəfov direktor təyin olundu

Kamil Nəcəfov direktor təyin olundu
SOSİAL
12:49 23.10.2024
501

"Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən "Bakı Hərrac Mərkəzi”nin direktoru vəzifəsinə Kamil Oqtay oğlu Nəcəfov təyin edilib.
 
AZXEBER.COM xəbər verir ki, bu təyinat mərkəzin hərracların təşkili və icrasında peşəkarlığın artırılması, eləcə də xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir.

Kamil Nəcəfov 1 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. 1994-2004-cü illərdə 18 saylı orta məktəbdə təhsil alıb, daha sonra Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələrini əldə edib. 2008-2009-cu illərdə ABŞ-ın "University of Southern Maine” universitetində ixtisasartırma proqramını uğurla tamamlayıb. Peşəkar fəaliyyəti ərzində, 2012-2023-cü illərdə "Caspian Kargo” şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə "Prologistic” şirkətinin direktoru vəzifələrində çalışıb.

"Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən "Bakı Hərrac Mərkəzi” 12 fevral 2016-cı il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.

Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif dövlət qurumları, o cümlədən Vergilər Nazirliyi, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Əmanətlərin Sığortalanması Fondu, "AzerGold” QSC və müxtəlif bankların sifarişlərini icra edir. Eyni zamanda, Ədliyyə Nazirliyinin yerli icra qurumlarının məhkəmə qərarlarının icrası ilə bağlı hərracların təşkili və keçirilməsini təmin edir. Müxtəlif növ əmlakların satışını təşkil etmək məqsədilə fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında yüksək peşəkarlıqla hərraclar keçirir.

Kamil Nəcəfovun rəhbərliyi ilə mərkəzdə yeni imkanların yaradılması, iş proseslərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü işlər aparılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
19:00 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
18:44 23.08.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
18:38 23.08.2026
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
18:34 23.08.2026
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
18:28 23.08.2026
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
18:25 23.08.2026
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
18:20 23.08.2026
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
18:17 23.08.2026
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
18:09 23.08.2026
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
18:06 23.08.2026
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
17:59 23.08.2026
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
17:53 23.08.2026
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
17:47 23.08.2026
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
17:42 23.08.2026
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır