Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb

Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb
DÜNYA
04:53 03.11.2026
153
Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirilən aviazərbələr nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

AZXEBER.COM-un "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, Rusiya qoşunları qəsəbəyə, o cümlədən yerli sakinlərə humanitar yardım paylanan məktəbə silsilə zərbələr endirib.

Daha əvvəl Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti aralarında iki xilasedici və dörd polis olmaqla, 24 nəfərin öldüyünü bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ilk aviazərbədən sonra Rusiya qoşunları insanların olduğu sığınacağa daha doqquz aviabomba atıb.

Zərbələr nəticəsində idman zalı və təsərrüfat tikilisi dağılıb, məktəb binasına ziyan dəyib, yanğınsöndürmə-xilasetmə avtomobili məhv edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
OXŞAR XƏBƏRLƏR