Rusiya bu Avropa təşkilatında fəaliyyətini dayandırdı

Rusiya bu Avropa təşkilatında fəaliyyətini dayandırdı
DÜNYA
05:28 03.11.2026
145
Rusiya Federasiyası İşgəncələrin və qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyasında iştirakını hüquqi olaraq dayandırıb. Avropa Şurasının rəsmi məlumatına görə, qərar noyabrın 1-dən qüvvəyə minib.

AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, sənəddə bildirilir ki, Rusiya sazişdən çıxmaq barədə rəsmi bildirişi 2025-ci il oktyabrın 30-da göndərib. Lakin Konvensiyanın 22-ci maddəsinə əsasən, müqaviləyə xitam verilməsi proseduru bildirişin təqdim edildiyi tarixdən etibarən 12 ay çəkir.

Bu addımla Rusiyanın sözügedən sahədə Avropa hüquq mexanizmlərində iştirakı başa çatıb. Ölkə 1998-ci ildə Avropa Şurasına üzv olduğu dövrdə Konvensiyanı ratifikasiya edərək ona qoşulmuşdu.

Sazişdən çıxmaq Avropa İşgəncələrin Qarşısının Alınması Komitəsinin Rusiyadakı azadlıqdan məhrumetmə müəssisələrinə baş çəkmək və saxlanılan şəxslərin şəraitini müstəqil şəkildə yoxlamaq səlahiyyətinin sona çatması deməkdir.
OXŞAR XƏBƏRLƏR