Kamran Ağayev: "20 ildi futbol oynayıram, artıq nəticə vermək vaxtıdır"

Kamran Ağayev: "20 ildi futbol oynayıram, artıq nəticə vermək vaxtıdır"
İDMAN
02:12 12.10.2016
13002
DÇ-2018-in seçmə mərhləsi çərçivəsində keçirilən Çexiya – Azərbaycan (0:0) matçından sonra millimzin qapçısı Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb.
- İndiyə kimi qol buraxmadığını nəzərə alsaq, səni seçmə mərhələdə Avropa üzrə ən yaxşı saymaq olar?
- Tək məni demək olmaz. Sadəcə əvvəlki formamı bərpa etmişəm. Əsas odu ki, zədələnməyim. Çünki zədə olanda toparlanmaq çətin olur. Heç nədən "İnter”in heyətində "Qəbələ” ilə matçda xəsarət almışdım. Bir də belə şeyləri yaşamaq istəmirəm. Əlimdən gələni edirəm. Yığmanın heyətində vuruşmaq lazımdı. Burdan geri – "Boavişta”nın düşərgəsinə qayıdacam. Eşitdiyimə görə, baş məşqçim istefa verib. Ən yaxşı deməzdim, sadəcə, davam etmək lazımdı. Hər şey arxada qaldı. Yenə də vuruşmaq lazımdı.
- Yəqin ki, bu cür havada meydana çıxmaq sənin üçün heç də əlverişli deyildi...
- Belə havada qapıçıların işi çox olur. Rəqibin 30 metrdən vurduğu zərbə sanki 5 metrdən gəlir. Əsas odu ki, nəticə qazandıq. İstərdik qələbə olsun, amma alınmadı. Özümüzə güvənirik. Siz də bizə güvənsəniz, bir nöqtəyə vurub, bir-birimizə dəstək olub, hətta uğursuzluğa düçar olsaq belə, motivasiya versəniz, yaxşı nəticələr əldə edib DÇ-na vəsiqə qazanarıq.
- 75-ci dəqiqədə sanki qasıq nahiyəndə dartılma oldu. Əvəzlənməyini istəyirdin?
- Xeyr, istəmirdim. İlk yarı başa çatanda əzələmdə dartılma hiss etdim. Amma iynə vuruldu. İnanıram ki, yaxşı olacaq. Ağır zədə yoxdu. Sadəcə, kənardan göstəriş verildi ki, topa zərbə vurma. Çünki vurduqca, zədəmi daha da ağırlaşdıra bilərəm. Fikrimcə, yırtıq yoxdu, sadəcə yüklənmə olub.
- Oyunun gedişində tabloya neçə dəfə baxdın?
- Bunu deməsəm yaxşıdı. Tək tabloya yox, hər yerə baxdım. Oyunu idarə etmək bizdən asılıdı. Hərdən elə olurdu ki, təzyiqə uyğun oyunun ritmini salıb, endirmək lazım olurdu. Məşqçi taktikasını verir. Amma meydanda fantaziya lazımdı, bu, isə bizdən asılıdı. Özün özünü idarə etməlisən.
- 3 oyundan sonra 7 xal qazanacağımızı təsəvvür edə bilirdin?
- İnanmasam, dayanaram. Özündən razılıq etmirəm. Komanda yoldaşlarıma və özümə inanıram.
- Şimali İrlandiya ilə səfər matçı haqqında nə düşünürsən?
- Nə olacağını bilmək olmaz. Sadəcə, vuruşmaq, döyüşmək lazımdı. Geriyə baxmaq lazım deyil. İndiyə kimi nə etmişiksə, geridə qaldı. Hamımız bir olsaq, uğur qazana bilərik.
- Hazırkı komandanı müstəqillik dövrünün ən yaxşı yığması saymaq olar?
- 30 yaşım var. 20 ildi futbol oynayıram. Artıq nəticə vermək vaxtıdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib