Kamran Ağayev: "Uduzmaq barədə düşünmürük, favorit də bizik"

Kamran Ağayev: "Uduzmaq barədə düşünmürük, favorit də bizik"
SOSİAL
11:21 04.09.2016
1485
“Hamınızı salamlayıram. Qrupun ilk oyunudur, çətin olacaq. Rəqibin kimliyi fərq etmir, ilk öncə öz haqqımızda, öz oyunumuz haqqında düşünməliyik. San Marinonu öyrənmişik, yetərli qədər məlumatımız var”. Goal.az xəbər verir ki, bu sözləri milli komandamızın qapıçısı Kamran Ağayev deyib.DÇ-2018-in seçmə mərhələsində səfərdə San-Marino ilə qarşılaşacaq əsas yığmamızın qapıçısı oyunla bağlı fikirlərini bölüşüb:- Buraya qələbə üçün gəlmişik. Tək mən yox, bütün xalqımız qələbəni düşünür, biz də bunun üçün vuruşacağıq. Ancaq bu futboldu, 90 dəqiqədə hər şey ola bilər. Uduzmaq barədə düşünmürük, favorit də bizik. Çalışacağıq, nəticə əldə edək. Əsas odu ki, komandamız buna hazırdır.- Adətən qapıçılar daha çox rəqib hücumçuları nəzərində saxlayır, onların oyun xüsusiyyətlərini öyrənir. San-Marinonun hücum xətti haqda nə deyə bilərsən?
- Şəxsi fikirlərim yox, məşqçinin fikirləri vacibdir. Qapıçılar hücuma getmir, əsasən müdafiədə olurlar. Ancaq bizim də hər bir hücumda rolumuz var. Prosineçki bizə nə deyibsə, o oyunu oynayacağıq. Fərdlərə bölmürük. Biz rəqibdən əvvəl öz oyunumuza köklənməli, oyun planımızı həyata keçirməliyik. Rəqib hücumçuları da yaxından öyrənmişik. Ancaq heç kim kartlarını açmır, mən də həmçinin. Baş məşqçinin dediklərinə uyğun, kollektiv futbolla fərqlənməyə, müdafiə olunmağa çalışacağıq.- Çoxdandı oyun təcrübən yoxdur. Buna görə çətinlik çəkməyəcəksən ki?
- Zədəm vardı, uzun müddət oynamadım. Hazırda özümü yaxşı hiss edirəm, əsas odu ki, canım ağrımır. Klubda oynamamaq mənim problemimdi və bunu çözməyə çalışacam.
- Baş məşqçi dedi ki, Azərbaycanda ən yaxşı qapıçı Kamran Ağayevdir...
- Allah bizi zədədən qorusun. Klubsuzluq Prosineçkinin yox, mənim problemimdi. Oynamaq, böyük futbol oynamaq, qələbələr qazanmaq istəyirəm. Düşünürəm ki, hər şey daha yaxşı olacaq.(Apasport)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO