- Şəxsi fikirlərim yox, məşqçinin fikirləri vacibdir. Qapıçılar hücuma getmir, əsasən müdafiədə olurlar. Ancaq bizim də hər bir hücumda rolumuz var. Prosineçki bizə nə deyibsə, o oyunu oynayacağıq. Fərdlərə bölmürük. Biz rəqibdən əvvəl öz oyunumuza köklənməli, oyun planımızı həyata keçirməliyik. Rəqib hücumçuları da yaxından öyrənmişik. Ancaq heç kim kartlarını açmır, mən də həmçinin. Baş məşqçinin dediklərinə uyğun, kollektiv futbolla fərqlənməyə, müdafiə olunmağa çalışacağıq.- Çoxdandı oyun təcrübən yoxdur. Buna görə çətinlik çəkməyəcəksən ki?
- Zədəm vardı, uzun müddət oynamadım. Hazırda özümü yaxşı hiss edirəm, əsas odu ki, canım ağrımır. Klubda oynamamaq mənim problemimdi və bunu çözməyə çalışacam.
- Baş məşqçi dedi ki, Azərbaycanda ən yaxşı qapıçı Kamran Ağayevdir...
- Allah bizi zədədən qorusun. Klubsuzluq Prosineçkinin yox, mənim problemimdi. Oynamaq, böyük futbol oynamaq, qələbələr qazanmaq istəyirəm. Düşünürəm ki, hər şey daha yaxşı olacaq.(Apasport)