Kamran Əliyev erməni vəhşilikləri ilə bağlı dünya dövlətlərinə müraciət etdi

Kamran Əliyev erməni vəhşilikləri ilə bağlı dünya dövlətlərinə müraciət etdi
SİYASƏT
13:38 05.10.2020
550

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 04 oktyabr 2020-ci il tarixdə ABŞ, Kanada, Avstraliya, Almaniya, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Özbəkistan, Uruqvay, İraq, İran, Argentina, Braziliya, Bolqarıstan və Polşanın Baş prokurorlarına, eləcə də Livan, Yunanıstan, Suriya və Fransa ədliyyə nazirlərinə rəsmi müraciət edib.


Baş Prokurorluqdan verilən məlumata görə, müraciətdə bildirilib ki, Ermənistan Respublikasının rəhbərliyinin dövlət terroru siyasətinə bağlılığının sübutu olaraq bu ilin sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulmaqla əsasən dinc əhalinin sıx yaşadığı ərazilər, xəstəxanalar, məktəblər, uşaq evləri ağır artilleriyadan atəşə tutularaq mülki infrastruktura külli miqdarda ziyan vurulub, 04 oktyabr 2020-ci il tarixdən başlayaraq döyüş bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, o cümlədən strateji senəye əhəmiyyəti daşıyan Beyləqan və Mingəçevir şəhərlərinin yaşayış məntəqələri raket və mərmilərlə atəşə tutulmuş, nəticədə ölən və yaralananlar var.


Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən əks-hücum tədbirlərinin görülməsi nəticəsində erməni silahlı qüvvələrinin öz mövqelərini itirmələri səbindən, yeni canlı qüvvə toplamaq məqsədi ilə Ermənistan xarici ölkələrdə yaşayan erməniləri silahlı qarşıdurmada iştirak etməyə çağırıb.


Kütləvi informasiya vasitələrində təxminən 1000-ə yaxın etnik ermənilərin Azərbaycan Respublikasının ərazisinə gəlmələri və ya gəlmək istədikləri barədə məlumatlar yayılıb.


Qeyd edilib ki, BMT-nin Təhlükəsizlik Şurasının 2178 (2014) saylı qətnaməsində "xarici terrorçu döyüşçülər” termini ilə digər ölkələrdə terror aktlarının təşkilində, həyata keçirilməsində iştirak edən şəxslər müəyyən ediliblər.


Xarici dövlətlər nəzərə almalıdırlar ki, bu kimi "erməni könüllüləri” döyüş bacarıqlarını əldə etdikdən sonra yaşadıqları dövlətlər üçün real təhlükə mənbəyinə çevrilə bilərlər.


Həmçinin müraciətdə qeyd olunan ölkələrdə çoxsaylı erməni diasporasının mövcud olmasını, həmin diasporanın nümayəndələri tərəfindən "erməni könüllülərinin” daşınmasının təşkil edilməsi nəzərə alınmaqla ölkə vətəndaşlarının kütləvi şəkildə Ermənistan Respublikasını ziyarət etmələrinə xüsusi diqqət yetirilməsi, eyni zamanda xarici ölkələrin ərazisindən terroristlərin Azərbaycan Respublikasına daşınmasının qarşısını alınması üçün preventiv tədbirlərin görülməsini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"