Baş prokuror Kamran Əliyev əvvəlki illərdən bağlı qalmış doqquz ölüm işinin açıldığını bildirib.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
"Bizim prokurorların, istintaqçıların əvvəlki illərdən bağlı qalmış, qeyri-aşkar şəraitdə törədilmiş ölüm işlərinin açılması ilə bağlı fəaliyyətini qeyd etmək istərdim.
Bu günə qədər doqquz belə işin açılması bizim əməkdaşlar tərəfindən təmin edilmişdir. Burada da, təbii ki, biz digər hüquq-mühafizə orqanları, xüsusən də Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi ilə intensiv olaraq bir yerdə fəaliyyət göstəririk.
Təbii ki, bu sahədə biz fəaliyyətimizi davam etdirməliyik və etdirəcəyik. Çünki bu, bizim fəaliyyət istiqamətlərimizin ən prioritet sahələrindən biridir”.
Şahanə Ziyad











































