Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir

Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
SİYASƏT
10:45 28.10.2026
233
"Korrupsiya qlobal fenomendir və hamımızın üzləşdiyi ortaq problemdir”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə çıxışı zamanı bildirib.

Baş prokuror qeyd edib ki, korrupsiya milyonlarla insanın rifahına mənfi təsir göstərir:

"Hamımız bilirik ki, korrupsiya bütün dünyada milyonlarla insanın rifahına mənfi təsir göstərir, hüququn aliliyini zəiflədir, cəmiyyətlərin iqtisadi və sosial sabitliyini pozur, həmçinin mütəşəkkil cinayətkarlıq üçün əlverişli şərait yaradır. Onun mənfi təzahürlərinə bütün hüquq sistemlərində rast gəlinir. Buna görə də korrupsiya qlobal fenomendir və hamımızın üzləşdiyi ortaq problemdir”, - deyə Kamran Əliyev vurğulayıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR