Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı rəsmi açıqlama

Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı rəsmi açıqlama
SOSİAL
22:53 19.12.2025
374
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sosial şəbəkələrdə Kamran Əsədova fəxri diplom verilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, AMEA-nın Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilir ki, həmin fəxri diplomlar bu ilin aprelində təqdim olunub:

"Ölkəmizin media nümayəndələrinə fəxri diplomlar sosial şəbəkələrdə yazıldığı kimi heç də "bir müddət öncə" deyil, Milli Elmlər Akademiyasının "Elm günü" ilə əlaqədar 10 aprel 2025-ci il tarixdə keçirdiyi tədbirdə təqdim olunub.

AMEA tərəfindən 2024-cü ildə və 2025-ci ilin "Elm günü" tədbirinin qeyd olunduğu vaxtadək ölkə mətbuatında və sosial şəbəkələrdə Akademiya Rəyasət Heyətinin və elmi-tədqiqat institutlarının fəaliyyətini, keçirdikləri tədbirləri işıqlandırmaqda fərqlənən mətbuat işçilərinə fəxri diplomların verilməsi nəzərdə tutulub".

Qeyd edilib ki, AMEA mətbuat xidmətinin apardığı araşdırmalar əsasında Akademiyada keçirilən tədbirlərin işıqlandırılması sahəsində fərqləndikləri üçün dövlət mətbuatından Əflatun Amaşov ("Xalq qəzeti"nin baş redaktoru), müstəqil mətbuat sahəsindən Yusif Rzayev ("525-ci qəzet"in baş redaktorunun birinci müavini), sosial şəbəkə mətbuatından Kamran Əsədov, Akademiya mətbuat nümayəndələrindən isə İlham Alıyev "Elm günü" tədbirlərində fəxri diplomlarla təltif olunublar:

"Əməkdaşımız İlham Alıyevdən başqa, yuxarıda adları çəkilən Əflatun Amaşov və Yusif Rzayevi əvvəlcədən şəxsən tanıdığımız halda, Kamran Əsədovla Akademiyada birinci və sonuncu görüş "Elm günü" ilə əlaqədar tədbirdə olub".

O da bildirilib ki, adları çəkilən mətbuat işçilərinə diplom verilərkən Kamran Əsədov haqqında inzibati məsuliyyətə cəlb edilmə ilə bağlı heç bir rəsmi məlumata rast gəlinməyib:

"Ona görə də səkkiz ay sonra baş vermiş hadisəni ümumi mətndən ayırmaq və bilərəkdən "az müddət öncə" olmuş əhvalat kimi cəmiyyətə təqdim etmək Akademiyanı məqsədli şəkildə hər hansı bir xoşagəlməz hadisəyə cəlb etmək və ya adını süni şəkildə hallandırmaq məqsədi daşıyır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış