Kamran Həsənli: ‘70 yaşlı qadın ərə getmək üçün efirə çıxırsa, bəs bizim ənənələrimiz harada qaldı?’

Kamran Həsənli: ‘70 yaşlı qadın ərə getmək üçün efirə çıxırsa, bəs bizim ənənələrimiz harada qaldı?’
MAQAZİN
11:27 23.02.2012
3434

Azərbaycanın populyar şoumeni Kamran Həsənli Milli.Az-a müsahibə verib. AZXEBER.COM həmin müsahiəni təqdim edir: - Son illər televiziya məkanlarında niyə az görünürsünüz? - Kanallar təqdim etdiyim layihələrə soyuq yanaşır. Telekanallarda ancaq yemək bişirməyi öyrədən və qalmaqallı verilişlərdən başqa heç nə yoxdur. Güman edirdim ki, kanallar çoxaldıqca rəngarənglik də artacaq. Ancaq nəzərdə tutduğum kimi olmadı və bütün kanallarda eyniləşmə getdi. İntellektual mövzulu verilişlərə televiziyalar dırnaqarası yanaşır. Nə vaxta qədər qalmaqallı verilişlərə baxacağıq? Təəssüflər olsun ki, telekanallar qalmaqallı layihələrlə reytinq qazanırlar. Televiziya millətin üzüdür. Axı bizə bütün dünya baxır! - Kişinin yemək proqramı aparması düzgündürmü? - Ən yaxşı aşpazlar kişilərdir. Xanımlar mənimlə razı olmasalar da, ancaq kişilərin bişirdikləri yeməklər dadlı olur. Kişi aparıcı yemək proqramı apara bilər. Ancaq kənardan elə görünür ki, biz ancaq yeyib-içib, mahnı oxuyuruq. - Evlilik proqramlarının telekanallarda yayımlanması, sizin fikrinizcə, düzgündürmü? - Əlbəttə ki, belə verilişlərin əleyhinəyəm. Efirlə ərə getmək tərbiyəsizlikdir. Mən buna başqa ad verə bilmərəm. 70 yaşlı qadın ərə getmək üçün efirə çıxırsa, bəs bizim ənənələrimiz harada qaldı? Dədə-babalarımızdan görmüşük ki, həyat yoldaşı qeyrətimiz sayılıb. Avropa ölkələrini pisləyirlər. Ancaq Avropa ölkələrində belə tərbiyəsizlik yoxdur. Çünki həmin ölkələrdə çərçivə var və həmin çərçivədən kənara çıxmırlar. Avropalılar ən azından tarixlərini qoruyub saxlayırlar. Ancaq biz bu gedişlə keçmişimizi unudacağıq. - Qalmaqalla gündəmə gəlmək istəyən müğənnilərimizə münasibətiniz necədir ? - Qalmaqalla gündəmə gələnlər çoxdur. Gəlməklərinə səbəb isə sənətlərinin olmamasıdır. Şou-biznes nümayəndələri şəxsi həyatlarını telekanallara çıxardaraq həyasızcasına özlərini reklam edirlər. Günahı ifaçılarda yox, kanallarda görürəm. Ancaq bəzi sənətkarlarımız da var ki, heç kimin alt paltarından danışmırlar. Həmin müğənnilərə Azər Zeynalov, Aygün Bəylər, Eyyub Yaqubov aiddir. Bu insanlar səhnədə öz işləri ilə məşğul olduqları üçün efirlərdə az görünürlər. - Kamran bəy, müğənni kimi fəaliyyətinizi yenə də davam etdirirsiniz? - Bəli, yenə də oxuyuram. 40-dan artıq mahnım var. Bu yaxınlarda "Romantic" adlı albomum işiq üzü görəcək. Klip çəkdirmək fikrim yoxdur. Ancaq bəzi ulduzlarımız var ki, il ərzində tez-tez konsert verirlər. Tələbat varsa, konsert vermələrinə pis baxmıram. Ancaq gündəmdə qalmaq üçün verirlərsə, düzgün deyil. - Toylara gedirsinizmi, gedirsinizsə, neçəyə? - Bəli, gedirəm. Qiymət danışıqdan asılıdır. Azərbaycanla yanaşı, xarici ölkələrdə də toylarda oluram. Mətbuata heç zaman qiyməti açıqlamamışam. Ancaq bəzi saytlarda mənim adımdan yanlış qiymətlər yazırlar. - Kişi və qadın müğənnilərimizin geyimindən razısınızmı? - Hər kəsin evində məsləhət verəni var və hərə özünə cavabdehdir. Əgər ailəsi onun geyimindən razıdırsa, kənardan heç kim rəy bildirə bilməz. - Əli Mirəliyev hər zaman şou-biznes əhlini qınayır və tənqid edir. Siz onun fikirləri ilə razısınızmı? - Bəli, Əli müəllimin dedikləri ilə razıyam. Çünki onun dediklərinin yetmiş faizi düzdür. Tənqid etmək ziyalıya xas olan hərəkətdir. Kim ki ömür boyu təriflə yaşayırsa, o insan bədbəxtdir. - Hal-hazırda Azərbaycanda pullu müğənnilər kimlərdir? - Hansı müğənninin toyu çoxdursa, demək, onun pulu var. Azərbaycan müğənnilərinin qazanc yeri ancaq toylardır. - Sənət aləmində dostlarınız var? - Könül Kərimovayla, İzzət Bağırovla, Eyyub Yaqubovla və başqaları ilə yaxınam. Ən hörmət etdiyim müğənni isə Brilliant Dadaşovadır. Hətta Brilliant xanımla birgə işbirliyimiz də olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İliyana Yotova prezident seçkilərində liderlik edir
05:48 02.11.2026
İliyana Yotova prezident seçkilərində liderlik edir
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
05:36 02.11.2026
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
05:23 02.11.2026
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
05:12 02.11.2026
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
05:00 02.11.2026
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
04:53 02.11.2026
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
04:40 02.11.2026
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
04:28 02.11.2026
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
04:18 02.11.2026
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
"Formula 1" tarixinin ən gənc çempionu oldu
04:08 02.11.2026
"Formula 1" tarixinin ən gənc çempionu oldu
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
03:58 02.11.2026
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
03:48 02.11.2026
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
03:38 02.11.2026
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
03:28 02.11.2026
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
03:18 02.11.2026
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
03:08 02.11.2026
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın