Kanadanın Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşməsindən ehtiyat etdiyi üçün Ukraynaya xüsusi təyinatlı dəstə göndərib.
Mənbə yazır ki, xüsusi təyinatlı hərbçilər xüsusilə Rusiya-Ukrayna sərhədində vəziyyətin gərginləşdiyi halda kanadalı diplomatların təxliyəsi planının hazırlanmasına kömək etməlidir.
Lakin məlumat rəsmi olaraq Kanadanın Müdafiə Nazirliyi və Kanada hökuməti tərəfindən təsdiqlənməyib.